...

Girov götürərək pul tələb edən dəstə üzvləri tutulub

Hadisə Materials 22 Avqust 2016 12:33 (UTC +04:00)
Ağdaş rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulublar.
Girov götürərək pul tələb edən dəstə üzvləri tutulub

Bakı. Trend:

Ağdaş rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulublar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 21-də Ağdaş rayonunun Şəkili kənd sakini Mədinə Həsənova  polisə müraciət edərək naməlum şəxsin, zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürmələrini və onun buraxılması müqabilində 10.000 manat pul tələb etmələrini bildiriblər.

Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri E.Yaqubov, Z. Mirhəsənov, Y.Ağayev və C.Qeysov tutulublar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti