...

Bakıda Dəri-Zöhrəvi dispanserdə yanğın baş verib

Hadisə Materials 23 Avqust 2016 23:31 (UTC +04:00)
Bakıda Dəri-Zöhrəvi dispanserdə yanğın baş verib
Bakıda Dəri-Zöhrəvi dispanserdə yanğın baş verib

Bakı. Trend:

Bakıda Dəri-Zöhrəvi dispanserdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,  Nəsimi rayonunda Səhiyyə Nazirliyinə məxsus üçmərtəbəli Dəri-Zöhrəvi dispanserinin 2-ci mərtəbəsində həkim otağında 1 ədəd elektrik tənzimləyicisi yanıb. 

Dispanser binası yanğından mühafizə olunub. 

Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti