...

Ağdaşda yanğın: 5 yaşlı qız uşağı ölüb

Hadisə Materials 25 Avqust 2016 19:33 (UTC +04:00)
Ağdaşda binada yanğın olub.
Ağdaşda yanğın: 5 yaşlı qız uşağı ölüb

Bakı. Trend:

Ağdaşda binada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağdaş rayonunda ümumi sahəsi 1690 kv.m olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan mənzilin mətbəxində 9 kv.m sahədə məişət əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti