...

Hərbi hissədə kütləvi dava: yaralılar var

Hadisə Materials 31 Avqust 2016 10:58 (UTC +04:00)
Gənc əsgərlərlə köhnə hərbi qulluqçular arasında dava düşüb.
Hərbi hissədə kütləvi dava: yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Karabük vilayətindəki hərbi hissələrdən birində gənc əsgərlərlə köhnə hərbi qulluqçular arasında dava düşüb.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, 30 əsgərin iştirak etdiyi dava nəticəsində 10 hərbi qulluqçu xəsarət alıb. Onlardan birinin vəziyyəti olduqca ağırdır.

Hadisəyə səbəb kimi sərxoş əsgərlərdən birinin digərini təhqir etməsi göstərilir.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti