...

Bakıda iki mənzildən 100 min manatlıq qarət

Hadisə Materials 1 Sentyabr 2016 14:49 (UTC +04:00)
Bakıda mənzilləri qarət edən şəxslər həbs olunub.
Bakıda iki mənzildən 100 min manatlıq qarət

Bakı. Trend:

Bakıda mənzilləri qarət edən şəxslər həbs olunub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini Kamal Talıbova məxsus evdən 50.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nicat Abbasov tutulub.

Həmin gün Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Fərid Əhmədov və Nigar Ağayeva tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti