...

Qobustanda “VAZ" aşıb: 1 ölü

Hadisə Materials 2 Sentyabr 2016 04:16 (UTC +04:00)

Bakı. Trend:

Qobustanda avtomobil aşıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Qobustan rayonun Bakı-Şamaxı yolunda 100-cü kilometrliyində “VAZ" markalı minik avtomobili yolun kənarında qazılmış xəndəyə aşıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 01:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti