...

Ağcabədidə 6 otaqlı ev yanıb

Hadisə Materials 11 Oktyabr 2016 04:35 (UTC +04:00)
Ağcabədidə yanğın qeydə alınıb
Ağcabədidə 6 otaqlı ev yanıb

Bakı. Trend:

Ağcabədidə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 270 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 126 m² yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti