...

Nərə balığı kürüsünü gömrükdən keçirə bilmədi (FOTO)

Hadisə Materials 14 Oktyabr 2016 18:17 (UTC +04:00)
Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu nərə balığı kürüsünü əvvəlcədən gömrük orqanına təqdim etməyib.
Nərə balığı kürüsünü gömrükdən keçirə bilmədi (FOTO)

Bakı. Trend:

Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu nərə balığı kürüsünü əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin şəxs baqajını gömrük nəzarətindən keçirmək üçün təqdim edərkən baqajın içərisində gündəlik ərzaq məhsullarının olduğunu bildirib. Lakin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baqajın yoxlanması zamanı onun içərisindəki ərzaq məhsullarının arasından 12 ədəd plastik qabda qara rəngli kürü aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan məhsul insan qidası üçün istifadəyə yararlı nərə balığı kürüsüdür və ümumi netto çəkisi 5 kiloqram 750 qramdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti