Bakı. Trend:
Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, vətəndaşa məxsus, tikinti materialları mağazasının ümumi sahəsi 4 m² olan gözətçi köşkünün yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.