...

Qonşusunu anlaqsız vəziyyətdə öldürdüyünü deyən məhkəmə qarşısında

Hadisə Materials 20 Oktyabr 2016 15:05 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Tofiq Şəkərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qonşusunu anlaqsız vəziyyətdə öldürdüyünü deyən məhkəmə qarşısında

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Tofiq Şəkərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyini deyib.

Sonra təqsirləndirilən şəxsin anası Kövsərxanım Şəkərova ifadəsində bildirib ki, oğlunun səsinin gəldiyini eşidib küçəyə çıxıb: "Tofiqin ciddi xəstəliyi var, bir neçə dəfə xəstəxanada müalicə alıb. Oğlumun kimə borc verdiyi barədə heç nə bilmirdim. Onun o qədər pulu yox idi".

Təqsirləndirilən şəxsin qardaşı ifadəsində T.Şəkərovun kiməsə borc verməsi barədə məlumatının olmadığını bildirib. O deyib ki, qardaşının ailəli olduğu iki qadının ikisi də ruhi xəstə olub.

Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.

İttihama görə, ötən il noyabr ayının 11-də Sabunçu rayonu Maştağa qəsəbəsi, A.M.Əbdülkərim küçəsində, qəsəbə sakini 1977-ci il təvəllüdlü T.Şəkərov aralarında yaranmış mübahisə zəminində 1987-ci il təvəllüdlü İsmayıl Abdullayevə bıçaqla bir neçə zərbə vurub. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən T.Şəkərovu saxlayaraq istintaqa cəlb edib. Araşdırma zamanı məlum olub ki, T.Şəkərov həmyerlisi İ.Abduləliyevi 200 manata yaxın borca görə öldürüb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti