...

Qubada yol qəzası: 1 ölü, 1 yaralı

Hadisə Materials 21 Oktyabr 2016 08:12 (UTC +04:00)
Qubada yol qəzası qeydə alınıb
Qubada yol qəzası: 1 ölü, 1 yaralı

Bakı. Trend:

Qubada yol qəzası qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Ağbil kəndi ərazisində “VAZ” markalı minik avtomobili ilə “Azsamand” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1960-cı il təvəllüdlü Şamxalova Lida İlyasovanın meyitini və digər avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 01:14-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti