...

"Günəşli" platformasının yaxınlığında sudan meyit çıxarılıb

Hadisə Materials 11 Noyabr 2016 10:50 (UTC +04:00)
"Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan meyit çıxarılıb
"Günəşli" platformasının yaxınlığında sudan meyit çıxarılıb

Bakı. Trend:

Xəzərin "Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan meyit çıxarılıb.

"BP-Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, "Dərinsulu Günəşli" platformasının yaxınlığında dəniz dibindən meyit çıxarılıb.

Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.

BP-Azerbaijan: Xəzərdə itkin düşmüş neftçi ilə əlaqədar bütün cavab tədbirləri görülür

BP-Azerbaijan: Xəzərdə itkin düşmüş neftçi ilə əlaqədar bütün cavab tədbirləri görülür

Xatırladaq ki, noyabrın 8-i səhər saatlarında Xəzərin "Dərinsulu Günəşli" platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti