...

BP-Azerbaijan: Xəzərdə itkin düşmüş neftçi ilə əlaqədar bütün cavab tədbirləri görülür

Cəmiyyət Materials 10 Noyabr 2016 14:12 (UTC +04:00)
Xəzərdə "Dərinsulu Günəşli" platformasında itkin düşmüş neftçinin tapılması məqsədilə tədbirlər davam etdirilir.
BP-Azerbaijan: Xəzərdə itkin düşmüş neftçi ilə əlaqədar bütün cavab tədbirləri görülür

Bakı. Maksim Tsurkov - Trend:

Xəzərdə "Dərinsulu Günəşli" platformasında itkin düşmüş neftçinin tapılması məqsədilə tədbirlər davam etdirilir. Bu barədə Trend-ə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, itkin düşmüş neftçinin tapılması üçün bütün lazımı işlər müvafiq qurumlarla sıx əməkdaşlıqda davam etdirilir:

"Bu işlər müvafiq hökumət, hüquq-mühafizə orqanları və itən neftçinin əməkdaşı olduğu podratçı şirkət tərəfindən həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti