Bakı. Trend:
Braziliyanın San-Paulo şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb.
Xəbərdə deyilir ki, helikopter qəzaya uğradıqdan sonra yanmağa başlayıb.
Qəzanın səbəbləri araşdırılır.