Bakı. Trend:
Biləsuvarda yanğın hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Bəydili kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 32 m2 sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.