...

Gömrükdən pirotexniki vasitə keçirməyin yeni "üsul"u (FOTO)

Hadisə Materials 27 Dekabr 2016 10:29 (UTC +04:00)
Külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Gömrükdən pirotexniki vasitə keçirməyin yeni "üsul"u (FOTO)

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti