...

Balıqçıların xilas edilməsi üçün helikopter cəlb olundu

Hadisə Materials 30 Dekabr 2016 18:04 (UTC +04:00)
Dənizdə küləkli hava şəraitində köməksiz vəziyyətdə qalan 2 balıqçı xilas edilib.
Balıqçıların xilas edilməsi üçün helikopter cəlb olundu

Bakı. Trend:

Dənizdə küləkli hava şəraitində köməksiz vəziyyətdə qalan 2 balıqçı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin Abşeron rayonu, Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə (batma təhlükəsi) qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib.

Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas edilib. Əməliyyat saat 16:55-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti