...

Nərimanovda ölümlə nəticələnən qəza olub

Hadisə Materials 14 Yanvar 2017 15:16 (UTC +04:00)
Nərimanov rayonunun Ə.Əliyev küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nərimanovda ölümlə nəticələnən qəza olub

Bakı. Trend:

Nərimanov rayonunun Ə.Əliyev küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsində Bakı şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən paytaxt sakini Sarvan Mətiyevi vurub. Xəstəxanaya yerləşdirilən S.Mətiyev orada ölüb.

Nərimanov RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti