Əcnəbi vətəndaşa qarşı quldurluq edilib

Hadisə Xəbər 17 Yanvar 2017 11:13 (UTC +04:00)
Bakıda əcnəbi vətəndaşa qarşı quldurluq edən dəstə yaxalanıb.
Əcnəbi vətəndaşa qarşı quldurluq edilib

Bakı. Trend:

Bakıda əcnəbi vətəndaşa qarşı quldurluq edən dəstə yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa - Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri - Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar.

Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti