Bakı. Trend:
Göyçay rayonu, Şəhadət kəndində vətəndaşa məxsus ümumi sahəsi 9 m2 olan hinin yanar konstruksiyaları yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.