...

Ağcabədidə yanğın olub

Hadisə Materials 22 Yanvar 2017 21:32 (UTC +04:00)
Ağcabədidə yanğın qeydə alınıb
Ağcabədidə yanğın olub

Bakı. Trend:

Ağcabədidə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Aşağı Avşar kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan toyuq hininin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı hinin içərisində sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 16:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti