...

Cəlilabadda yanğın olub

Hadisə Materials 22 Yanvar 2017 23:28 (UTC +04:00)
Cəlilabadda yanğın qeydə alınıb
Cəlilabadda yanğın olub

Bakı. Trend:

Cəlilabadda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Cəlilabad rayonu, Hacıməmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti