Bakı. Trend:
Bakıda usta təmir etdiyi evin sahibini qətlə yetirib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatya görə, yanvarın 21-də Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib.
E.Babayev könüllü olaraq 37-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.