Bakı. Trend:
Bakıda mənzildən içərisində külli miqdarda pul olan seyfi oğurlayan dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də rayon ərazisindəki evlərdən birindən içərisində 40.000 ABŞ dolları və 30.000 avro olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Aslan Mikayılov, Royal Kərimli və Abşeron rayon sakini Sadiq Heybətov tutulublar.