...

Paytaxtda güclü yanğın - 30 sakin təxliyyə olundu

Hadisə Materials 31 Yanvar 2017 08:57 (UTC +04:00)
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub
Paytaxtda güclü yanğın - 30 sakin təxliyyə olundu

Bakı. Trend:

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti