...

2 kq civəni 5 min dollara satarkən ələ keçdi

Hadisə Materials 4 Fevral 2017 13:39 (UTC +04:00)
2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satan şəxs tutulub.
2 kq civəni 5 min dollara satarkən ələ keçdi

Bakı. Trend:

2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev 2 kiloqram ağ civəni metronun "Koroğlu" stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti