Bakı. Trend:
Bakıda qadın vətəndaşlara qarşı 387 min manatlıq dələduzluq edib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dələduzluq etməkdə şübhəli Bakı şəhər sakini İradə Cəfərovanın ətrafında Xətai RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü ilin avqust ayından 2016-cı ilin fevral ayınadək olan müddətdə paytaxt sakinləri olan 6 nəfəri aldadaraq ümumilikdə onlardan 387.000 manat pul alması da müəyyən edilib.