...

Abşeronda avtomobildən avtomat tapılıb

Hadisə Materials 8 Fevral 2017 11:49 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunda avtomobildən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini Bəhruz Muxtarovun idarə etdiyi "Chevrolet-Niva" markalı avtomobilə baxış zamanı oradan "AK-74" markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti