...

24 min siqareti maşının buferində gizlətdi (FOTO)

Hadisə Materials 13 Fevral 2017 13:46 (UTC +04:00)
Gömrük nəzarətindən gizlədilmiş 24 min ədəd siqaret aşkar olunub.
24 min siqareti maşının buferində gizlətdi (FOTO)

Bakı. Trend:

Gömrük nəzarətindən gizlədilmiş 24 min ədəd siqaret aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 24 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti