...

Maşallah Əhmədov apellyasiya şikayəti verib

Hadisə Materials 17 Fevral 2017 10:22 (UTC +04:00)
Dələduzluqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən keçmiş futbolçu Maşallah Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib
Maşallah Əhmədov apellyasiya şikayəti verib

Bakı. Samir Əli - Trend:

Dələduzluqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən keçmiş futbolçu Maşallah Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Bu barədə Trend-ə açıqlamasında M.Əhmədovun vəkili Samir Abdullayev bildirib. O qeyd edib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayətdə M.Əhmədova bəraət istənilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib.

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti