...

80 yaşlı qadın evində yanıb ölüb

Hadisə Materials 24 Fevral 2017 11:56 (UTC +04:00)
Şəmkirdə 80 yaşlı qadın evində yanıb ölüb.
80 yaşlı qadın evində yanıb ölüb

Bakı. Trend:

Şəmkirdə 80 yaşlı qadın evində yanıb ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 23-də saat 17 radələrində Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yaşayan Nərgiz Məmmədovanın evində yanğın baş verib.

Nəticədə evin 25 kvm. sahəsindəki yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra mənzildən 80 yaşlı ev sahibəsinin yanmış meyiti tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti