...

"Ailəmizi bununla dolandırırıq" - Canavarlar kəndə hücum etdi (FOTO)

Hadisə Materials 27 Mart 2017 22:48
Zərdab rayonunun Bıçaqçı kəndinə hücum edən yırtıcılar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub
"Ailəmizi bununla dolandırırıq" - Canavarlar kəndə hücum etdi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Zərdab rayonunun Bıçaqçı kəndinə hücum edən yırtıcılar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub.

Trend ARB TV-yə istinadən xəbər verir ki, öncə kənd sakini Kamran Musayevin fərdi təsərrüfatına soxulan canavarlar, xırda buynuzlu heyvanlardan 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb, 7-sini isə aparıb.

Zərərçəkənin sözlərinə görə təsərrüfatına ümumilikdə 5 min manatdan çox ziyan dəyib.

Kamran Musayev - Zərərçəkən: "Canavar hardan gəlir bilinmir. Silah da yoxdur. Bu səbəbdən tez-tez belə hadisələr baş verir. Biz də gözümüzü təsərrüfata dikmişik, ailəmizi bununla dolandırırıq".

Vəhşi heyvanlar Bıçaqçının digər kənd sakini, Kazım Məhəmməd oğlu İbrahimov məxsus təsərrüfata hücum edən canavarlar bir qoyunu tələf edib, birini isə yaralayıb.

Kənd sakinləri bununla əlaqədar rayon baytarlıq idarəsinə məlumat verib. Yaralı heyvanlar nəzarətə götürülüb. Qalanlarına isə quduzluq əlehinə vaksinlər vurulub.

Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən çoxunu yaralayıb, 20-ni isə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti