...

Gömrükçülər narkotik qaçaqmalçılığının qarşısını alıb

Hadisə Materials 29 Mart 2017 10:38 (UTC +04:00)
Astara Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.
Gömrükçülər narkotik qaçaqmalçılığının qarşısını alıb

Bakı. Trend:

Astara Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Türkiyə vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı itin reaksiyasına əsasən saxlanılıb.

Avtomobilə baxış zamanı, nəqliyyat vasitəsinin yük üçün nəzərdə tutulmuş hissəsindəki alətlər dəstinin yerləşdiyi yeşikdə bir ədəd bağlamada, xalis çəkisi 7,292 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti