...

Sabirabadda 4 otaqlı ev yanıb

Hadisə Materials 1 Aprel 2017 20:01 (UTC +04:00)
Sabirabad rayonu, Cavad kəndində yanğın qeydə alınıb
Sabirabadda 4 otaqlı ev yanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Sabirabad rayonu, Cavad kəndində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Cavad kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 3 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti