...

Gəncədə çay evi yanıb

Hadisə Materials 3 Aprel 2017 07:12 (UTC +04:00)

Bakı. Trend:

Gəncədə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 67 m² olan birmərtəbəli 3 otaqlı çay evinin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, 2-ci otağın giriş qapısı və tavanı 12 m² sahədə yanıb.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti