...

"Təzə bazar"da yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 4 Aprel 2017 06:51 (UTC +04:00)
Bakının Nəsimi rayonunda yanğın qeydə alınıb.
"Təzə bazar"da yanğın söndürülüb (YENİLƏNİB)

İlk xəbər saat 01:43-də yayılıb

Bakı. Trend:

Bakının Nəsimi rayonunda yanğın qeydə alınıb.

Trend FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan “Təzə bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 kv.m və piştaxtalar 400 kv.m sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

X X X

01:43

Bakı şəhəri, Nəsimi rayonunda “Təzə Bazar” adlanan ərazidə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda “Təzə bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti