...

Samuxda ev yanıb

Hadisə Materials 20 May 2017 17:38 (UTC +04:00)
Samux rayonunda 4 otaqlı ev yanıb.
Samuxda ev yanıb

Bakı. Trend:

Samux rayonunda 4 otaqlı ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Ziyadlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 143 m2 olan birmərtəbəli 4 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və bitişik olan talvar yanğından mühafizə olunub. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti