...

Anasını qətlə yetirən oğul tutuldu

Hadisə Materials 30 May 2017 12:20 (UTC +04:00)
Anasını qətlə yetirən oğul tutuldu.
Anasını qətlə yetirən oğul tutuldu

Bakı. Trend:

Mayın 27-də Mingəçevir şəhər sakini Kəmalə Məhərrəmovanın döş nahiyəsinə tüfəngdən açılan atəşlə qətlə yetirilməyə xarakterik olan meyiti evində tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı hadisənin K.Məhərrəmovanın oğlu Nail tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Yevlax rayonu ərazisində tutulub. Ondan lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti