...

Polis vətəndaşlara 25 min manat ziyan vuran şəxsləri yaxalayıb

Hadisə Materials 7 İyun 2017 14:08 (UTC +04:00)
Abşeron polisi vətəndaşlara 25 min manat ziyan vuran şəxsləri yaxalayıb
Polis vətəndaşlara 25 min manat ziyan vuran şəxsləri yaxalayıb

Bakı. Trend:

Abşeron polisi vətəndaşlara 25 min manat ziyan vuran şəxsləri yaxalayıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, mayın 7-də Novxanı kənd sakinləri Əyyub Mirzəyevin və Xanağa Tağıyevin kəndin otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qara geri qayıtmayıb.

Onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək fermer təsərrüfatları üçün aldıqları ümumi dəyəri 25 min manatdan çox olan 8 baş cins inəklərinin otlaq sahəsindən oğurlandığını bildiriblər. Araşdırmalarla məlum olub ki, 3 nəfər naməlum şəxs iri buynuzlu heyvanları otara-otara Goradil kəndi istiqamətinə aparıblar.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.

Kamera görüntüləri və əldə olunan əməliyyat məlumatları əsasında hadisəni törədənlərin şəxsiyyəti müəyyən edilib. İyunun 6-da Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Ağayev, Seymur Ağayev və Allahşükür Şahbazov Binəqədi kəndi ərazisində saxlanılaraq RPİ-yə gətiriliblər.

Araşdırmalar zamanı onlar törətdikləri əməli etiraf ediblər. Aparılan tədbirlərlə onların ələ keçirdikləri həmin cins inəkləri dəyərindən qat-qat aşağı - cəmi 8 min manata satdıqları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti