...

Cocuq Mərcanlıda gün ərzində 985 qəlpə aşkarlanıb (FOTO)

Hadisə Materials 9 İyun 2017 03:54 (UTC +04:00)
İyunun 8-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə gündəlik operativ məlumat yayıb
Cocuq Mərcanlıda gün ərzində 985 qəlpə aşkarlanıb (FOTO)

Bakı. Trend:

İyunun 8-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə gündəlik operativ məlumat yayıb.

ANAMA-dan Trend-ə bildiriblər ki, Cocuq Mərcanlı kəndində gün ərzində 985 qəlpə aşkarlanıb. Nəticədə 23 min 580 kvadratmetr (2.36 hektar) ərazi tam təmizlənib, 20 min 400 kvadratmetr (2.04 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 43 min 980 kvadratmetr ərazi (4.4 hektar)).

Qeyd edək ki, 105 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 116 min 710 qəlpə, 72 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17), 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı, 26 ədəd piyada əleyhinə mina (OZM-72) və 140 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 109 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2.449.973 kvadratmetr (245.00 hektar) ərazi tam təmizlənib, 1.365.440 kvadratmetr (136.54 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Bu isə cəmi 3.815.413 kvadratmetr ərazi (381.54 hektar) deməkdir.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir və bu ilin iyun ayının sonuna kimi tamamlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti