...

Qubada zəncirvari yol qəzası - Ölən və yaralanan var

Hadisə Materials 27 İyun 2017 10:57
Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Qubada zəncirvari yol qəzası - Ölən və yaralanan var

Trend-i buradan izləyin

Bakı. Trend:

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, iyunun 26-da saat 01 radələrində Quba rayonunun Nərimanabad kəndi ərazisində rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi "Opel" və Seyhun İsayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında dayanmış "Volksvagen" və "Mitsubishi" markalı avtomobillərə dəyib.

Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya yerləşdirilib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti