...

Bakıda mənzilləri qarət edən qadın məhkəmə zalında həbs edilib

Hadisə Materials 29 İyun 2017 13:03 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Bakı şəhər sakini Tamilla Abdulsalamovanın cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Bakıda mənzilləri qarət edən qadın məhkəmə zalında həbs edilib

Bakı. Samir Əl - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Bakı şəhər sakini Tamilla Abdulsalamovanın cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və T.Abdulsalamava barəsində həbs qətimkan tədbiri seçiıib. Qadın məhkəmə zalında həbs edilib.

İş üzrə məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

İttihama görə, təsirləndirilən şəxs T.Abdulsalamova Bakıda bir neçə mənzildən 20 min manat oğurlumaqda təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti