...

Bakıda 4 binanın sakinlərinə bomba həyəcanı yaşadan şəxsin ruhi xəstə olduğu məlum olub

Hadisə Materials 29 İyun 2017 15:58 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Kamal Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıda 4 binanın sakinlərinə bomba həyəcanı yaşadan şəxsin ruhi xəstə olduğu məlum olub

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Kamal Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. K.Mikayılov özünü ittihamlarla təqsirli bilməyib.

Məhkəmədə məlum olub ki, K.Mikaylov ruhi xəstədir və hazırda 2 saylı Klinik Psixatriya Xəstəxanasında qeydiyyatdadır.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

Qeyd edək ki, K. Mikayılov ötən il oktyabrın 14-də Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək, Bakı şəhəri, Səbail Rayonu Xəqani küçəsində yerləşən 4 binanın altına "geksoken" adlı partlayıcı maddə yerləşdirdiyini, eyni zamanda Moskva şəhərində də metronu partladacağını deyib.

Həbs edilən K.Mikayılova qarşı Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti