...

Tovuzda özünü 5-ci mərtəbədən atan qız komaya düşdü

Hadisə Materials 14 İyul 2017 11:53 (UTC +04:00)
Tovuzda intihara cəhd edən qız komaya düşüb.
Tovuzda özünü 5-ci mərtəbədən atan qız komaya düşdü

Bakı. Samir Əli - Trend:

Tovuzda intihara cəhd edən qız komaya düşüb. Bu barədə Trend-ə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, iyulun 13-də axşam saatlarında rayonun Xaqani küçəsində yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsindən özünü atan 1996-cı il təvəllüdlü Nərmin Elçin qızı Abbaszadə artıq əməliyyat olunub və böyrəyinin biri çıxarılıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. O, aldığı xəsarətlərdən komaya düşüb.

Xəstəxanadan bildiriblər ki, hadisə zamanı N.Abbaszadənin daxili orqanları əzilib, bir neçə qabırğası və hər iki ayağı sınıb, ağır kəllə-beyin travması alıb. Hazırda onun Bakıdakı xəstəxanalardan birinə köçürülməsi mümkünsüzdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti