...

Paytaxtda avtomobildən qumbara tapılıb

Hadisə Materials 18 İyul 2017 12:34 (UTC +04:00)
Bakıda avtomobildən qumbara və alışdırıcı aşkarlanıb.
Paytaxtda avtomobildən qumbara tapılıb

Bakı. Trend:

Bakıda avtomobildə qumbara və alışdırıcı aşkar edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Keşlə dəmir yolu stansiyasının ərazisində Masallı rayon sakini Ziyafət İbadova məxsus “KamAZ” markalı avtomobilə baxış zamanı “F-1” qumbarası və 1 ədəd alışdırıcı aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti