...

Masallıda “Mercedes” dərədən aşıb

Hadisə Materials 29 İyul 2017 00:05 (UTC +04:00)
Masallıda yol-nəqliyyat hadisəsi qeydə alınıb
Masallıda “Mercedes” dərədən aşıb

Bakı. Trend:

Masallıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı magistral yolunun 16-cı kilometrliyində Masallı rayon ərazisində “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərədən aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Qulu Məmmədov Özüxan oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:33-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti