Bakı. Trend:
Çinin şimalında sement daşıyan maşınla sərnişin avtobusu toqquşub. Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 48 nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı deyilir.
Qəzanın baş vermə səbəbləri məlum deyil. Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.