...

Astarada ağır yol qəzası - 5 nəfər xəstəxanaya yerləşdirilib

Hadisə Materials 1 Avqust 2017 13:08 (UTC +04:00)
Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Astarada ağır yol qəzası - 5 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 31-də saat 19 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini Zamiq İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı və Kijəbə qəsəbə sakini Yaşar Xanmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəzada Z.İsmayılovun 3 sərnişini, Y.Xanmədovun isə 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Astara RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti