...

Xəzərdə batan şəxs xilas edilib

Hadisə Materials 7 Avqust 2017 19:25 (UTC +04:00)
Xəzərdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.
Xəzərdə batan şəxs xilas edilib

Bakı. Trend:

Xəzərdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:10-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti