...

Mingəçevir su anbarında batan 2 nəfər xilas edilib

Hadisə Materials 12 Avqust 2017 13:14 (UTC +04:00)
Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.
Mingəçevir su anbarında batan 2 nəfər xilas edilib

Bakı. Trend:

Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında (ən yaxınlıqdakı məntəqədən 300 m aralıda, nəzarətsiz ərazidə) 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:15-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti